Azərbaycan “İpək yolu” layihəsinin vacib hissəsidir. Çinin Azərbaycandakı səfiri Vey Tszinhua deyib.O bildirib ki, Azərbaycan “İpək yolu” üzərində yerləşən və “Bir kəmər, bir yol” birgə təşəbbüsündə iştirak edən və layihəni dəstəkləyən vacib ölkədir:
“2015-ci ilin dekabrında prezident İlham Əliyevin Çinə səfəri zamanı tərəflər “İpək yolu” iqtisadi kəmərinin birgə tikintisi barədə anlaşma memorandumu imzalayıb. Sənəd Çin-Azərbaycan iqtisadi və ticarət münasibətlərinin inkişafına yeni təkan verdi”.
Səfir Azərbaycanın layihə infrastrukturunun inkişafına töhfəsini qeyd edib:
“Xəzər dənizi Avrasiyanı birləşdirən vacib ticarət kanalıdır. Çin Azərbaycan tərəfinin nəqliyyat infrastrukturunun tikintisi və müxtəlif layihələrin reallaşdırılması ilə bağlı səylərini alqışlayır. Pekin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində hərtərəfli Çin-Azərbaycan əməkdaşlığını dərinləşdirməyə və "İpək yolu" boyunca yerləşən ölkələrin inkişafına töhfə verməyə hazırdır”.
Tehsil-press.az














