İtaliyanın Baş naziri miqrant məsələsində Fransa və Almaniyanı tənqid edib

İtaliyanın Baş naziri miqrant məsələsində Fransa və Almaniyanı tənqid edib İtaliyanın Baş naziri Ciorcia Meloni miqrantların qəbulu məsələsində Fransa və Almaniyanı tənqid edib.
C.Meloni cari ildə İtaliyaya dəniz yolu ilə 94 min miqrant gəldiyini, Fransanın yerləşdirmə proqramı vasitəsilə indiyədək 38, Almaniyanın isə 57 nəfəri qəbul etdiyini bildirib.
“Bu, problemin həlli deyil. Fransa və Almaniya bunu nəyin müqabilində edib? İtaliyanın dəniz yolu ilə gələn miqrantlar üçün Avropaya ən yaxın quru yolu olması müqabilində. Avropada heç kəsin etməkdə maraqlı olmadığını İtaliyanın etməli olduğu fikri ilə razı deyiləm. Hesab edirəm ki, Avropada hüquq və öhdəliklər hamı üçün eyni olmalıdır”, - deyə Baş nazir qeyd edib.
C.Meloni bildirib ki, Avropa İttifaqının cənub sərhədi şərq sərhədindən heç də az əhəmiyyətsiz deyil. Aralıq dənizindəki miqrasiya marşrutu Avropa Komissiyasının sənədində ilk dəfə prioritet məsələ kimi yer alıb. Bu, məhz İtaliyanın səyləri sayəsində baş verib. Aralıq dənizində insan alveri ilə mübarizədə ən böyük yük hazırda İtaliyanın üzərinə düşüb.

Tehsil-press.az


Oxşar xəbərlər