ADNSU-da Kimya texnologiya və Neft-mexanika fakültələrinə qəbul olan tələbələrlə görüş

ADNSU-da Kimya texnologiya və Neft-mexanika fakültələrinə qəbul olan tələbələrlə görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiya və Neft-mexanika fakültələrinin bakalavr pilləsinə qəbul olmuş birinci kurs tələbələri və onların valideynləri ilə görüş olub.
Görüşdə rektor əvəzi, dosent Vazeh Əskərov gəncləri tələbə adını qazanmaları münasibətilə təbrik edib. O, universitetdə yüksəkixtisaslı kadr hazırlanması üçün yaradılan tədris mühitindən danışıb, tələbələrə nəzəriyyə ilə yanaşı, təcrübə, dil və informasiya texnologiyaları biliklərinin təkmilləşdirilmələri üçün yaradılan imkanlardan maksimum faydalanmağı tövsiyə edib.
Sonra ixtisaslar, beynəlxalq əlaqələr, universitetin maddi-texniki bazası ilə bağlı videoçarx nümayiş olunub.
Kimya texnologiya fakültəsinin dekanı professor Sevinc Məmmədxanova, Neft-mexanika fakültəsinin dekanı dosent Əli Hikmət Əhmədov ADNSU-da tədris prosesi, imtahanlar, dərnəklər və digər bu kimi məsələlər haqqında məlumat veriblər.

Tehsil-press.az


Oxşar xəbərlər