
A.İsrayılova proqram çərçivəsində ABŞ-ın Emori Universitetinin İnsan Sağlamlığının Öyrənilməsi Mərkəzində öz tədqiqat işlərini yerinə yetirib. O, müxtəlif bitki ekstraktlarının patogen bakteriya olan Burkholderia cinsinin ayrı-ayrı ştamlarına qarşı aktivliyini, həmçinin bitki ekstraktlarından aktiv molekulların ayrılmasını, müxtəlif təbii və sintetik birləşmələrin sitotoksik və virulentlik aktivliyini öyrənib. Eyni zamanda, müxtəlif tip hüceyrə xətləri (Hek293, HaCaT, HuH7.0, TZMBL və s.) ilə işləmə prinsipləri, onların yetişdirilməsi və aktiv molekulların onlara təsir üsulları, spektroskopiya və konfokal mikroskopiya kimi biologiya elmi sahəsinin müasir metodlarını ətraflı araşdırıb.
A.İsrayılova bir neçə mühazirə dərsində iştirak edib, beynəlxalq seminar və konfransda çıxış etməklə yanaşı, Emori Universitetində təşkil olunan “Human and planetary Health, SEB-SOE 2023” konfransının təşkilat komitəsinin üzvü olub.
O, ABŞ-da ezamiyyətdə olduğu müddətdə biologiya sahəsində nüfuzlu alimlər Kassandra L.Quave, Voo Shin, Quy Benian, Hiroşi Kadota və başqaları ilə biologiyanın müxtəlif sahələrində elmi əməkdaşlıqla bağlı müzakirələr aparıb.
Tehsil-press.az