MBBİ-nin əməkdaşı Türkiyənin Yıldız Texniki Universitetində tədqiqat aparıb

MBBİ-nin əməkdaşı Türkiyənin Yıldız Texniki Universitetində tədqiqat aparıb Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi Günay İsmayılova Türkiyənin İstanbul şəhərində yerləşən Yıldız Texniki Universitetində elmi ezamiyyətdə olub.
G.İsmayılova “İn vitro izolə edilmiş buğda bitkisində epigenetik dəyişikliklərin tədqiqi” mövzusunda fəlsəfə doktoru dissertasiya üzrə araşdırma aparıb. O, “in vitro” şəraitdə yetişdirilən müxtəlif buğda genotiplərinə abiotik streslərin təsirini öyrənməklə yanaşı, Əkinçilik Elmi-Tədqiqat İnstitutundan əldə edilən müxtəlif buğda toxumları, onların kallusları və regenerant bitkilərində baş verən epigenetik dəyişiklikləri, o cümlədən transpozon hərəkətləri tədqiq edib. Azərbaycanda ilk dəfə epigenetik tədqiqatlar zamanı buğda bitkisinin “in vitro” şəraitdə əldə edilən kallus və regenerantlarında, eləcə də kontol toxumdan əldə edilən yarpaq nümunələrində, həmçinin abiotik stres tətbiq olunmuş buğda nümunələrində soya, arpa və çəltik bitkisinə xas olan retrotranspozonlar aşkar edilib.

Tehsil-press.az



Oxşar xəbərlər