Bu rayonlara qar yağıb - Video

Bu rayonlara qar yağıb - Video Oktyabrın 12-si saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.
Arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağıb.
Düşən yağıntının miqdarı: Lənkəranda 37 mm, Astarada 27 mm, Göytəpədə 26 mm, Ağsuda 10 mm, Yardımlıda 9 mm, Lerik, Quba, Qusar, Qrız, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Şahdağ, Tərtər, Biləsuvar, Yevlax, Kəlvəzdə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 9 mm-dək olub.
Qar örtüyünün hündürlüyü: Qrız, Qusarda 1 sm olub.
Duman: Lerik, Qrız, Balakəndə müşahidə olunub.
Külək: Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Bərdə, Şəki, Şirvanda 18 m/s, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında 27 m/s -dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.





Tehsil-press.az



Oxşar xəbərlər