UFAZ-da “Heydər Əliyev-100: Mühəndislik hakatonu” keçirilir

UFAZ-da “Heydər Əliyev-100: Mühəndislik hakatonu” keçirilir Yeni Azərbaycan Partiyasının (YAP) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev 100: Mühəndislik hakatonu” intellektual yarışın açılış mərasimi keçirilib.
Universitet tələbələrinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə ADNSU-nun rektor əvəzi Vazeh Əskərov çıxış edərək ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının əhəmiyyətini vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb. Ümummilli Liderin elmə, təhsilə daim xüsusi önəm verdiyini vurğulayan V.Əsgərov dahi rəhbərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib. V.Əskərov gənclərin inkişafında, bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayan intellektual yarışların təşkilinin əhəmiyyətini vurğulayıb.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının rəhbərinin müavini Əhliman Tağıyev Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq rolundan bəhs edib. Ümummilli Lider Heydər Əliyevin gənclərə daim xüsusi diqqət göstərdiyini söyləyən Ə.Tağıyev Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib, ölkəmizdə əldə olunan nailiyyətlərdən, Vətən müharibəsi zamanı qazandığımız böyük Zəfərin əhəmiyyətindən danışıb. Ə.Tağıyev ali məktəb tələbələri üçün təşkil edilən intellektual yarışın faydalı olacağına əminliyini ifadə edib.
“Kapital Bank”ın proqramlaşdırma üzrə funksional lideri Fariz Lətifov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş intellektual yarışın gənclərin innovativ potensialının inkişafında rolundan danışıb.
Sonra “Heydər Əliyev-100: Mühəndislik hakatonu”nun qaydaları haqqında məlumat verilib.
Qeyd olunub ki, hakatonda ölkəmizin 21 ali təhsil müəssisəsi öz komandaları ilə iştirak edir. Hər komanda 4 iştirakçıdan ibarətdir.
Daha sonra tapşırıqlar verilib və yarış başlanıb.

Tehsil-press.az


Oxşar xəbərlər