AzMİU: Ege Universiteti ilə marketinq ixtisası üzrə ikili diplom müqaviləsi məsələsi müzakirə olunub

AzMİU: Ege Universiteti ilə marketinq ixtisası üzrə ikili diplom müqaviləsi məsələsi müzakirə olunub Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Keyfiyyət təminatı və monitorinq mərkəzinin müdiri dosent Könül Ağayeva oktyabrın 1-dən 15-dək Orhun proqramı çərçivəsində Türkiyənin Ege Universitetində ezamiyyətdə olub.
Bu müddət ərzində o, nəzərdə tutulmuş proqram əsasında dərs prosesində iştirak etməklə yanaşı, İstanbul Texniki Universitetinin (İTU) və Ege Universitetinin Keyfiyyət təminatı koordinatorları ilə görüşüb, oradakı proseslərlə yaxından tanış olub. Könül Ağayeva AzMİU-nun Keyfiyyət təminatı və monitorinq mərkəzinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib, həmçinin İTU və Ege Universitetinin təcrübəsini öyrənib və fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Ege Universiteti ilə marketinq ixtisası üzrə ikili diplom müqaviləsi məsələsi də müzakirə olunub. Müzakirələr nəticəsində AzMİU və Ege Universiteti arasında marketinq ixtisası üzrə magistr səviyyəsində ikili diplom müqaviləsi prosesinin başladılması barədə universitetin rəhbərliyi ilə ilkin razılıq əldə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər