ADNSU və Tailand Vebster Universiteti ikili diplom müqaviləsi imzalayıb

ADNSU və Tailand Vebster Universiteti ikili diplom müqaviləsi imzalayıb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Tailand Vebster Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb.
Bu ali məktəbin rektoru, professor Mustafa Babanlı və Tailand Vebster Universitetinin rektoru Ryan Vance Guffey imzalanma mərasimində iki universitet arasında BA (MBA, BBA) üzrə ikili diplom proqramı, həmçinin proqramın tətbiq olunacağı ixtisaslar, tələbələr üçün yaradılacaq imkanlar və tərəfdaşların öhdəlikləri haqqında müzakirələr aparıblar. Bütün bunlarla yanaşı, bakalavrlar üçün nəzərdə tutulan ikili diplom layihəsinin genişləndirilərək, magistr səviyyəsini də əhatə edəcəyi vurğulanıb.
Qeyd edilib ki, ADNSU-da MBA üzrə müəyyən olunan ixtisaslarda təhsil alan tələbələr təhsillərinin bir ilini Tailand Vebster Universitetində davam etdirməklə hər iki universitetin diplomunu ala biləcəklər.
Sonra ikili diplom müqaviləsi imzalanıb.

Mətbuat Xidməti

Oxşar xəbərlər