Prezidentlə Füzuli sakini arasında maraqlı dialoq

Prezidentlə Füzuli sakini arasında maraqlı dialoq Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Görüşdə Füzuli sakini ilə Prezident arasında maraqlı dialoq yaşanıb:
Sakin: Ən böyük fəxr etdiyimiz odur ki, bizim Prezidentimiz dünyada məşhurdur, onu dünya qəbul edir, dünya onun sözünü eşidir.
Prezident İlham Əliyev: Bilirsiniz, dünya belədir ki, bəziləri qəbul edir, bəziləri.
Sakin: Edə bilmir.
Prezident İlham Əliyev: Etmir. Amma əsas odur ki, biz istədiyimizi edək. Çünki biz haqq yolundayıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur.
Qadın sakin: Artıq yol Zəngəzuradır.

Tehsil-press.az


Oxşar xəbərlər