
Laçın Abışlı, İkram Cəbrayılov və Qalib Qafarlının həmmüəllifi olduqları tədqiqat işində Azərbaycan Respublikasında təhsilin iqtisadi artım üzərində təsirləri haqqında araşdırma aparılıb. Tədqiqatın nəticəsinə əsasən, ali məktəb tələbələrinin sayında 1 faiz artım iqtisadi böyüməni 4,7 faiz, orta ixtisas təhsili müəssisələrində tələbələrin sayında 1 faiz artım 1,7 faiz artırmaqdadır.
Sonra iştirakçıların sualları cavablandırılıb. Məruzəçilərə beynəlxalq sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Beynəlxalq Türk dünyası sosial elmlər konfransı 2003-cü ildən keçirilir və türkdilli ölkələrdə akademik, sosial, iqtisadi və təhsil sahələrində əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. XXI Beynəlxalq Türk dünyası sosial elmlər konfransına 14 ölkədən 160 tədqiqatçı qatılıb.
Tehsil-press.az