
Vüqar Nəzərov və Camal Hacıyev “Azərbaycanda müxtəlif iqtisadi sektorlar üzrə məşğulluğun iqtisadi artıma təsiri” məsələlərinə həsr olunan elmi məruzələrində Azərbaycanın üç müxtəlif sektorunda - sənaye, xidmət və kənd təsərrüfatında məşğulluğun iqtisadi artıma təsiri amilinin araşdırıldığını, son statistik məlumatlar, ekonometrik model əsasında reqresiya təhlilinin aparıldığını və yekun nəticələrin müsbət olduğunu diqqətə çatdırıblar.
Beynəlxalq elmi konfransda ABŞ, Rusiya, Polşa, Ukrayna, Gürcüstan, Özbəkistan və s. olmaqla dünyanın 25 ölkəsindən nümayəndə heyəti iştirak edib.
Tədbirin sonunda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.
Tehsil-press.az