Çili bibərinin yeni ən acı növü yetişdirilib

Çili bibərinin yeni ən acı növü yetişdirilib Amerikalı Ed Karri çili bibərinin bütün dünyada ən acılı kimi tanınan yeni “Pepper X” növünü yetişdirib.
Cənubi Karolinadakı Vintropa Universitetində aparılmış sınaqların nəticəsində “Pepper X”in Skovil şkalası ilə təxminən 2,69 milyon dərəcə acılıq nisbətinə sahib olduğu aşkar olunub.
Beləliklə, “Pepper X”in acılığı böyük fərqlə bundan əvvəlki – yenə də Ed Karri tərəfindən 2013-cü ildə yetişdirilmiş “Carolina Reaper” növünə məxsus olan Skovil şkalası ilə 1,64 milyon dərəcəlik rekordu üstələyir.
Ginnesin Rekordlar Kitabına görə, Ed Karri son on il ərzində fermasında “Pepper X” növünün yetişdirilməsi ilə məşğul olub. Dada acılıq verən maddə olan kapsaisinin miqdarını artırmaq üçün o, digər çili bibəri növlərinin seleksiyasını aparıb.
Müqayisə etmək üçün: yumşaq bibər Skovil şkalası üzrə 100 dərəcədən çox, Tabasko sousu isə - 50 min dərəcədən artıq acılığa malik ola bilər.

Tehsil-press.az




Oxşar xəbərlər