İsveçin NATO-ya üzvlük protokolu TBMM-yə göndərilib

İsveçin NATO-ya üzvlük protokolu TBMM-yə göndərilib İsveçin NATO-ya üzvlük protokolu prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanaraq Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi paylaşım edib.
“İsveçin NATO-ya üzvlük Protokolu 23 oktyabr 2023-cü ildə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb və Türkiyə Böyük Millət Məclisinə göndərilib”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 iyul tarixində Vilnusda Türkiyə, NATO və İsveçin iştirakı ilə üçlü görüşdə İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası ilə bağlı qərarını verib.

Tehsil-press.az




Oxşar xəbərlər