
Bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Haber” telekanalının canlı yayımında İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələlərini dəyərləndirərkən söyləyib.
Türkiyə lideri qeyd edib ki, həmçinin terrorçular Finlandiyada çıxış edirlər:
“İsveç konkret addımlar atmır. Terror təşkilatının genişlənməsinin, o cümlədən terror təbliğatının ölkəmizə qarşı fəaliyyət göstərməsinə mane olmadıqca, bizdən müsbət yanaşma gözləməməlidirlər”.
Qeyd edək ki, NATO-ya üzv ölkələr Finlandiya və İsveçin üzvlük protokolunu imzalayıblar. Baş katib Yens Stoltenberq iyulun 5-dən etibarən İsveç və Finlandiyanın NATO-ya dəvətli ölkələr sayılacaqlarını və alyansın işinə qatıla biləcəklərini əlavə edib.
Tehsil-press.az