İsraildə ukraynalı qurbanların sayı artıb

İsraildə ukraynalı qurbanların sayı artıb İsraildə ukraynalılar arasında qurbanların sayı yenidən artıb. Təsdiqlənmiş məlumata əsasən, 21 nəfər həlak olub, 1 nəfər itkin düşüb.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko bildirib.
Onun sözlərinə görə, xüsusilə, Qəzza zolağında üç nəfər (iki uşaq və 1 yetkin) həlak olub, 6 nəfər yaralanıb, onlardan üçü uşaqlardır. Ukraynalılar müxtəlif ağırlıq dərəcəli yaralara malikdir, hazırda onlara tibbi yardım göstərilir.
Məlumatda qeyd edilir ki, 357 ukraynalı Fələstin anklavından təxliyə olunmaq arzusunu bildirib, onların 208-i qadınlardır. Diplomatik qurumlar onlarla daim əlaqə saxlayır.

Tehsil-press.az


Oxşar xəbərlər