UNEC-də ali təhsilin aktual məsələləri ilə bağlı geniş müzakirələr aparılıb

UNEC-də ali təhsilin aktual məsələləri ilə bağlı geniş müzakirələr aparılıb Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni yaradılmış Rəqəmsal Mətbəənin, Karyera Mərkəzinin və Müzakirə zalının açılışında iştirak edib.
Açılışdan öncə nazir Emin Əmrullayev və rektor professor Ədalət Muradov UNEC-in şəhid olmuş tələbə və məzunlarının xatirəsinə ucaldılan abidəni ziyarət edərək, önünə gül dəstələri düzüblər, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Emin Əmrullayev UNEC-in yeni qurulan Rəqəmsal Mətbəəsi ilə tanış olub. Bildirilib ki, mətbəə kitab və jurnalların çap edilməsi, cildlənməsi, eləcə də bütün növ materialların üzərində promo məhsulların hazırlanması üçün ən müasir tələblərə cavab verən, yüksəksürətli avadanlıqla təchiz edilib.
Nazir İmtahan zalı ilə də tanış olub. İmtahan zalında 200 nəfərin eyni anda imtahan verməsi üçün bütün şərait yaradıldığı qeyd edilib.
Emin Əmrullayev, həmçinin yenilənmiş və müasir texnologiyalarla təchiz olunmuş Karyera Mərkəzi ilə tanış olub. Məlumat verilib ki, mərkəzdə korporativ təlimlərin keçirilməsi, dövlət və özəl sektorların nümayəndələri ilə görüşlərin təşkili, karyera ilə bağlı müzakirələrin aparılması üçün geniş imkanlar mövcuddur.
Sonra müasir tələblərə cavab verən yeni Müzakirə zalında nazir Emin Əmrullayev, rektor Ədalət Muradov, prorektorlar, dekanlar və müvafiq struktur rəhbərlərinin iştirakı ilə ali təhsilin aktual məsələləri ilə bağlı geniş müzakirələr aparılıb. Rektor Ədalət Muradov Qarabağda UNEC-in filialının açılmasını təklif edib.

Tehsil-press.az



Oxşar xəbərlər