İsveçdə tapılan ən qədim skelet tünd dərili, qarasaçlı və qəhvəyi gözlü qadına məxsus olub

İsveçdə tapılan ən qədim skelet tünd dərili, qarasaçlı və qəhvəyi gözlü qadına məxsus olub Noyabrın 5-də Höteborq şəhər muzeyində ilk dəfə və yeganə olaraq təxminən 10 min yaşlı qadının skeletinin fraqmentləri nümayiş olunacaq.
Bu, İsveçdə tapılan ən qədim skeletdir.
Alimlər tərəfindən Esteröddən olan qadın adlandırılan bu insan qalıqları 1903-cü ildə İsveçin cənub-qərbində, Lüsekildə tapılıb, lakin pristavın göstərişi ilə yenidən dəfn olunub.
Skeletin qalan fraqmentləri 30 ildən sonra arxeoloq Yohan Alin tərəfindən ekshumasiya olunub.
Yohan Alin sümükləri Höteborq arxeoloji muzeyinə verib və 1949-cu ilə qədər orada qaldıqdan sonra qalıqlar tədqiqat üçün Lund Universitetinə göndərilib. Onlar Torbyorn Alström tərəfindən anbarlardan birində tapılana qədər 2007-ci ilə qədər orada qalıblar.
Qalıqları tədqiq edən Lund Universitetinin tarixi osteologiya professoru Torbyorn Alström Esteröddən olan qadın haqqında danışıb: “Miladdan təxminən 8 min il əvvəl Esteröddə qayanın yanındakı mərcanqululardan düzəldilmiş kurqanda 170 santimetr boyunda bir qadın dəfn edilmişdi. O, təxminən 70 il yaşayıb, DNT testləri onun qarasaçlı, qəhvəyi gözlü və tünd dərili olduğunu göstərir. Esteröddən olan qadın bizə İsveçdə məskunlaşan ilk insanlar haqqında məlumat verir. O, uzun və aktiv ömür sürüb, güclü olub və onun osteoartrit və bel sərtliyi kimi bu gün tutulduğumuz bir çox xəstəliklərdən əziyyət çəkdiyini göstərən əlamətlər var”.
Esteröddən olan qadın indiyə qədər yeni araşdırmaların mövzusu olaraq qalır. Hazırda araşdırma aparılır, onun gedişində alimlər qadının kəllə parçasından DNT nümunələrini analiz edirlər.

Tehsil-press.az


Oxşar xəbərlər