
Təlim proqramları bu ali məktəb ilə Ankara Universiteti arasında 2022-ci il avqustun 16-da imzalanmış akademik əməkdaşlıq protokolu çərçivəsində reallaşdırılır. Təlimdə iştirak etmək üçün BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları Ankara Universitetinə ezam olunublar. Onlar Ankara Universitetinin “AgriGenomik” texnokəndində yeni nəsil sekvensləmə metodları ilə tanış olacaqlar.
BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində qurulacaq Sekvensləmə Mərkəzində çalışacaq əməkdaşlar üçün gələcəkdə də intensiv təlim proqramlarının keçirilməsi davam etdiriləcək.
Tehsil-press.az