
Bu barədə Rusiya mətbuatı Fransanın “Tribune” nəşrinə istinadla məlumat yayıb. Bildirilir ki, Fransadan Ermənistana Gürcüstan vasitəsilə “Bastion” zirehli maşınlarının gətirilməsinə başlanıb. Məlum olub ki, 2022-ci ildə Fransa Ukraynaya 20-ə yaxın belə zirehli avtomobil göndərməyi planlaşdırırdı.
“Quest France” nəşrinin yazdığına görə, Ukrayna bu avtomobilləri artilleriya və tank əleyhinə raketlərdən zəif müdafiə olunduğu üçün qəbul etməyib.
Tehsil-press.az