470-ci gün: Rusiyanın itkiləri açıqlandı

470-ci gün: Rusiyanın itkiləri açıqlandı Ukrayna müharibənin 470-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 212 730 hərbçi, 3891 ədəd tank, 7576 ədəd zirehli döyüş maşını, 3668 ədəd artilleriya sistemi, 595 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 355 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 299 ədəd helikopter, 6384 ədəd avtomobil texnikası, 3234 ədəd PUA, 1171 qanadlı raket, 18 gəmi/qayıq, 500 xüsusi avadanlıq itirib.

Tehsil-press.az


Oxşar xəbərlər