İstanbul Ticarət Universitetinin rektoru Xəzər Universitetində olub

İstanbul Ticarət Universitetinin rektoru Xəzər Universitetində olub İstanbul Ticarət Universitetinin rektoru Əbdülhəmid Avşar Xəzər Universitetinin təsisçi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı ilə görüşüb.
Görüşdə qonaq İstanbul Ticarət Universiteti, oradakı ixtisaslar və fakültələr haqqında danışıb.
Sonra Əbdülhəmid Avşar Xəzər Universitetinin rektoru İradə Xəlilova ilə görüşüb.
Görüş zamanı əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli müqavilələrin imzalanması və digər məsələlər müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər