Təcavüz qurbanı olan Özgecanın qatili öldürüldü - Həbsxanada

Təcavüz qurbanı olan Özgecanın qatili öldürüldü - Həbsxanada Türkiyədə təcavüz qurbanı olan 20 yaşlı Özgecan Aslanın qatili həbsxanada öldürülüb.

Tehsil-press.az Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ömürlük həbs həyatına məhkum olunan Ahmet Suphi Altındöken və atası Necmettin Altındökenə həbxsanada silahlı hücum olub. Ağır yaralanan ata ilə oğul müxtəlif təcili yardım maşınlarında xəstəxanaya aparılıb. Atada iki, oğulda isə 1 güllə yarası olub.
26 yaşlı A. Altındöken vəfat edib, atasının vəziyyətinin isə ağır olduğu bildirilir. Baş vermiş hadisə ilə bağlı Özgecanın atası Mehmet Aslan bunları deyib: “Hər şey Allahın istədiyi şəkildə davam edir. İndiki dövrdə artıq qanunlara uyğun hərəkət etmək məcburiyyətindəyik”.
Xatırladaq ki, 2015-ci ilin fevralında Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda Özgecan Aslan adlı ali məktəb tələbəsi evinə getmək üçün mindiyi nəqliyyatda 3 nəfər tərəfindən zorlanaraq öldürülmüş, sonra isə cəsədi yandırılmışdı. Baş vermiş vəhşilik ölkə ictimaiyyəti tərəfindən böyük etirazla qarşılanıb, bir çox hökumət nümayəndəsi və QHT-lər edam cəzasının bərpa olunması üçün işə başlayıb.

Təcavüz qurbanı olan Özgecanın qatili öldürüldü - HəbsxanadaTəcavüz qurbanı olan Özgecanın qatili öldürüldü - HəbsxanadaTəcavüz qurbanı olan Özgecanın qatili öldürüldü - Həbsxanada

tehsil-press.az

Oxşar xəbərlər