Finlandiya Rusiya ilə 9 sərhəd qapısından 8-ni bağlayacaq

Finlandiya Rusiya ilə 9 sərhəd qapısından 8-ni bağlayacaq Finlandiya Rusiya ilə 9 sərhəd qapısından 8-ni bağlayacaq.
Bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo məlumat verib.
O bildirib ki, Rusiyadan qanunsuz keçidləri dayandırmaq üçün cümə günü gecə yarısından etibarən Rusiya ilə 9 sərhəd qapısından 8-ni bağlayacaqlar.
“Bu yaxınlarda Rusiya vasitəsilə Finlandiyaya 600-dən çox qeyri-qanuni mühacir gəlib. Həmçinin, Rusiya ilə 1340 kilometr ümumi sərhədi olan Finlandiya qeyri-qanuni keçidləri dayandırmaq üçün noyabrın 18-də 4 sərhəd qapısını bağlayıb”, - deyə Orpo bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər