
Rəqəmsal məktəbdaxili qiymətləndirmənin həyata keçirildiyi ümumi təhsil müəssisələrinin şəbəkəsi “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq edildiyi məktəblərin qoşulması ilə genişlənir.
Ötən tədris ilində ölkə üzrə “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq edildiyi məktəblərin V-VI siniflərində təhsil alan şagirdlərdən 55 min 840 nəfəri rəqəmsal böyük summativ qiymətləndirmədə iştirak edib.
Xatırladaq ki, məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesinin tətbiqinə 2021–2022-ci tədris ilindən başlanılıb.
Tehsil-press.az