Kanada artan yaşayış xərclərinə görə geri miqrasiya problemi ilə üzləşib

Kanada artan yaşayış xərclərinə görə geri miqrasiya problemi ilə üzləşib Keçirilən sosial sorğular mühacirlərin öz vətənlərinə indi daha çox geri döndüyünü göstərir.
Kanada Vətəndaşlığı İnstitutunun sonuncu hesabatına əsasən, ölkədə təlaşlı vəziyyət yaranıb: daha əvvəl Kanadaya sevinərək mühacirət edən və bu ölkəni öz yeni yaşayış yeri olaraq seçən insanların bir çoxu hazırda ölkədəki çətinliklərə görə yenidən öz vətənlərinə geri qayıtmaq problemi ilə üz-üzə qalıblar.
Reuters-in yazdığına görə, yaşayış xərclərinin yüksək olması və hətta mənzil-kommunal məsrəflərinin ödənilməsi ilə bağlı yaşanan maliyyə çətinliyi onilliklər keçəndən sonra bu ölkəyə sığınmış qaçqın və mühacirləri yenidən öz ölkələrinə üz tutmaq barədə düşünməyə vadar edib.
Hələ 2015-ci ildə Kanadanın 23-cü Baş naziri olan Castin Trüdo immiqrasiyanın Kanadanın ən başlıca problemlərindən olan qocalıq və əhalinin azalması ilə mübarizənin əsas üsulu olduğunu bəyan etmişdi.
Lakin rəsmi məlumatlara əsasən, 2023-cü ilin ilk 6 ayı ərzində ölkəni təxminən 42 min nəfər tərk edib. 2022 və 2021-ci illərdə isə Kanadanı kütləvi şəkildə tərk edənlərin sayı müvafiq olaraq, 94 min və 86 min nəfər olub. Bu rəqəm həmin dövrdə ölkəyə sığınmış 263 min mühacirin ümumi sayının yalnız altıda bir hissəsini təşkil etsə də, geri miqrasiyanın davamlı olaraq artması Kanadanın demoqrafik xəritəsinin mövcud vəziyyəti ilə bağlı narahatlığın daha da yüksəlməsinə səbəb olur.
Beləliklə, 2025-ci ildə keçiriləcək parlament seçkiləri ərəfəsində, indiyədək immiqrasiya ruhuna köklənmiş Kanada Trüdo hökuməti üçün böhranlı və acınacaqlı sayıla biləcək problemlə qarşılaşıb. Geri miqrasiyanın get-gedə artan tendensiyası indiyədək ölkədə rekord hesab edilən 2,5 milyon nəfər qaçqın və mühacirə son 8 ildə daimi yaşayış yeri təqdim edən hakimiyyət orqanlarının başlıca strategiyalarından birinin iflasa uğraması riskini yarada bilər.

Tehsil-press.az



Oxşar xəbərlər