Ən çox ukraynalı qaçqın qəbul edən ölkə hansıdır?

Ən çox ukraynalı qaçqın qəbul edən ölkə hansıdır? Rusiya-Ukrayna müharibəsi başlayandan bu vaxtadək əhalisinin say nisbətinə görə ən çox ukraynalı qaçqın qəbul edən ölkə Monteneqro olub.
Hazırda Monteneqro əhalisinin 5,4 faizi ukraynalı qaçqınlardan ibarətdir və ölkədə təxminən 33 min nəfər Ukrayna vətəndaşı yaşayır.
Əhali sayına görə Ukraynadan ən çox qaçqın qəbul edən ölkələr siyahısında Monteneqronu 4,9 faizlik göstərici ilə Çexiya, 4,2 faizlə Polşa və Moldova izləyir.
Qeyd edək ki, 2022-ci il fevral ayının sonlarından indiyədək Ukrayna əhalisinin təxminən dörddəbiri - 8 milyon nəfər ölkəni tərk edərək Avropa ölkələrinə gedib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, ən çox ukraynalı qəbul edən ölkələr Polşa (1,5 milyon), Almaniya (1 milyon) və Çexiyadır (0,5 milyon).

Tehsil-press.az


Oxşar xəbərlər