Mərmərə dənizində, İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb. Bu qərar həmin ərazidə güclü dumanla əlaqədar qəbul edilib. Qeyd olunur ki, 6 dəniz reysi təxirə salınıb. Xatırladaq ki, sonuncu dəfə Türkiyədə dəniz reysləri noyabrın 18-də qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınmışdı.