İran 32 ölkənin vətəndaşları üçün vizaları ləğv edib

İran 32 ölkənin vətəndaşları üçün vizaları ləğv edib İran hökuməti Qırğızıstan, Özbəkistan və Tacikistan da daxil olmaqla 32 ölkənin vətəndaşları üçün viza rejimini ləğv etmək qərarına gəlib. Bu barədə Tehran Times xəbər verir.
“Turizm Nazirliyinin bəzi ölkələr üçün vizaların ləğvi ilə bağlı təklifi hökumət tərəfindən bəyənilib. Vizaların birtərəfli ləğvi bu gün hökumətin iclasında təsdiqlənib. İslam Respublikası bütün dünyadan olan insanlara qapılarını açmağa və ölkəmizə asanlıqla səfər edə və onun xidmətlərini qiymətləndirə bilmələri üçün onlara daha çox imkanlar yaratmağa hazır olduğunu nümayiş etdirdi”, - İranın Xarici İşlər Nazirliyinin rəhbəri Ezzatullah Zərqami jurnalistlərə açıqlama verib.
Nazir viza rejiminin ləğvinin İranda turizmin inkişafının yeni dövrünü açacağını və anti-İran təbliğatına son qoyacağını gözləyir.
"Bu qərar İrana qarşı mənfi təbliğatın, şayiələrin və qorxuların qarşısını almağa kömək edəcək" dedi Zərqami.
Yuxarıda qeyd olunan üç Mərkəzi Asiya ölkəsindən əlavə Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, İndoneziya, Bruney, Yaponiya, Sinqapur, Kamboca, Malayziya, Vyetnam, Braziliya, Peru, Kuba, Meksika vətəndaşları , Boliviya, Venesuela, Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Belarusiya, Livan, Tunis, Mavritaniya, Tanzaniya, Zimbabve, Mavrikiy və Seyşel adaları vətəndaşlarına da bundan sonram İrana qetmək üçün viza almalı olacaqlar.
Bundan əlavə, İran hakimiyyəti Rusiyadan gələn turist qrupları üçün viza rejimini ləğv etmək qərarına gəlib.
İranın Turizm Nazirliyinin məlumatına görə, martın 21-də başlayan ilin ilk səkkiz ayında ölkəyə gələn xarici turistlərin sayı 48,5% artaraq 4,4 milyon nəfərə çatıb. İlin sonuna (19.03.2024) onların sayının 6 milyona çatacağı təxmin edilir.
Nazirlik bütün Mərkəzi Asiya ölkələri də daxil olmaqla 10 ölkənin daxil olduğu İƏT-ə (İqtisadi Əməkdaşlıq Təşkilatı) üzv ölkələrdən turist axınının 55% artdığını qeyd edib. İlk altı ayda bu dövlətlərin 1,1 milyon vətəndaşı İrana səfər edib.

Tehsil-press.az




Oxşar xəbərlər