“İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik” – ADNSU-da simpozium

“İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik” – ADNSU-da simpozium Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik” mövzusunda birinci respublika simpoziumu keçirilib.
Tədbirdə ADNSU-nun elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, siyasi irsinin əhəmiyyətindən, elmin, təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.
Prorektor informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin bu gün aktual bir sahə olduğunu qeyd edib.
İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı dosent Fərid Ağayev, Kompüter mühəndisliyi kafedrasının müdiri dosent Nazilə Rəhimova çıxışlarında müasir texnologiyanın yaratdığı imkanlardan bəhs ediblər və ADNSU-da bu sahə üzrə ixtisaslı mütəxəssislərin yetişdirildiyini söyləyiblər.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov, “Prosol” QSC-nin həmtəsisçisi və sədri Babək Ağayev və digər çıxış edənlər informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, bu sahədə zamanın tələbinə uyğun yeniliklər haqqında məlumat veriblər.
Sonra Dördüncü Sənaye İnqilabı və tələbləri, rəqəmsal idarəetmə, süni intellekt, informasiya texnologiyalarının idarəetmə və istehsalatda geniş tətbiqi və kibertəhlükəsizliklə bağlı məruzələr dinlənilib.

Tehsil-press.az



Oxşar xəbərlər