
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan iki mərhələli müsabiqədə tələbələrin kibertəhlükəsizlik sahəsində biliklərinin yoxlanılması və təqaüdlərin verilməsi nəzərdə tutulub.
Müsabiqənin nəticələrinə əsasən, AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin (bakalavriat səviyyəsi) 2-ci kurs tələbəsi Tərlan Haqverdi və 4-cü kurs tələbəsi Samir Əbilhəsənli, “SABAH magistratura” proqramının (kibertəhlükəsizlik ixtisası üzrə) 1-ci kurs tələbələri Sənan Vəlizadə və Aytac İbrahimova xüsusi fərqləniblər.
Qaliblər Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən təqaüdlə mükafatlandırılıb.
Memorandum çərçivəsində növbəti semestrlərdə də xüsusi fərqlənən tələbələrə təqaüdlərin verilməsi üçün müsabiqələrin keçirilməsi nəzərdə tutulur.
Tehsil-press.az