
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk açıqlama verib.
Türkiyə Silahlı Qüvvələrinin bütün hazırkı əməliyyat və missiyalarla yanaşı, milli və beynəlxalq təlim fəaliyyətlərini də davam etdirdiyinə diqqət çəkən Aktürk bildirib ki, TCG PREVEZE sualtı qayığı ilə ilk milli torpedo atışı dekabrın 26-da Antalya Körfəzində planlaşdırılır.
İsrail-Fələstin qarşıdurmasına toxunan Aktürkün sözlərinə görə, indiyədək Türkiyədən Qəzzaya 15 təyyarə ilə 228 tondan artıq humanitar yardım göndərilib. Müalicə üçün Türkiyəyə gətirilənlərin sayı isə 524 nəfərdir.
Tehsil-press.az