ABŞ Danimarkaya qoşun yerləşdirəcək

ABŞ Danimarkaya qoşun yerləşdirəcək ABŞ və Danimarka müdafiə sahəsində əməkdaşlıq barədə saziş imzalayıblar.
ABŞ dövlət katibi Antoni Blinken və Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen Vaşinqtonda ikitərəfli müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Sazişə əsasən ABŞ qısa və uzunmüddətli perspektivdə Danimarka ərazisinə qoşun və hərbi texnika yerləşdirəcək.
Vaşinqton, həmçinin Danimarkanın üç hava bazasına çıxış əldə edəcək.
Qeyd edək ki, sözügedən saziş on il müddətinə nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər