BDU ilə Brest Dövlət Texniki Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb

BDU ilə Brest Dövlət Texniki Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb Bakı Dövlət Universiteti və Belarus Respublikasının A.S.Puşkin adına Brest Dövlət Texniki Universiteti arasında elmi əməkdaşlıq haqqında ikitərəfli saziş imzalanıb.
Sazişə əsasən magistr-doktorant proqramı çərçivəsində elmi istiqamətdə və elmi-tədqiqat işlərinin yerinə yetirilməsində ikitərəfli qarşılıqlı əməkdaşlıq, elmi əsərlərin reytinqli nəşrlərdə dərc olunması nəzərdə tutulub.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi ilə əlaqəli olan proqramdan yararlanan tədqiqatçılar gələcəkdə ətraf mühitin mühafizəsi üzrə mühəndis –ekoloq ixtisaslarına yiyələnəcəklər.

Mətbuat və İnformasiya şöbəsi

Oxşar xəbərlər