Putinin 1990-cı illərdəki vizit kartı hərracda 2 milyon rubla satılıb

Putinin 1990-cı illərdəki vizit kartı hərracda 2 milyon rubla satılıb Putinin 1990-cı illərdəki vizit kartı Sankt - Peterburqda elektron hərracda iki milyon rubla satılıb.
1990-cı illərin əvvəllərində Leninqrad Şəhər Xalq Deputatları Soveti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri vəzifəsində çalışan Putinin vizit kartı satışa çıxarılıb. Vizit kartının başlanğıc qiyməti min rubl idi. Sonda vizit kart iki milyon rubla alınıb. Hərrac saytında onun kim tərəfindən alınması haqqında məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin avtoqrafı Moskvada keçirilən hərracda 340 min rubla satılmışdı.

Tehsil-press.az



Oxşar xəbərlər