Məhəmməd Əlinin çempionluq kəməri 6 milyon dollara satılıb

Məhəmməd Əlinin çempionluq kəməri 6 milyon dollara satılıb Amerikalı keçmiş boksçu, ağır çəkidə dünya çempionu Məhəmməd Əlinin 1974-cü ildə qazandığı çempionluq kəməri hərracda 6,18 milyon dollara satılıb.
Kəməri amerikalı iş adamı, Amerika futbolu üzrə "İndianapolis Kolts" komandasının sahibi Cim İrsey əldə edib.
Qeyd olunur ki, həmin iş adamı daha əvvəl Elvis Presli və Con Lennona məxsus gitaraları hərracda satın alıb.
Məhəmməd Əli peşəkar boksda 1964 və 1974-cü illərdə mütləq dünya çempionu adını qazanıb. Bundan başqa, o, 1960-cı ildə Olimpiya çempionu olub. M.Əli 2016-cı ildə vəfat edib.

Tehsil-press.az



Oxşar xəbərlər