“Kosmonavtika günü”nə həsr olunmuş yaradıcılıq müsabiqəsi

“Kosmonavtika günü”nə həsr olunmuş yaradıcılıq müsabiqəsi Bakı şəhər məktəbləri arasında “Kosmonavtika günü”nə həsr olunmuş yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

“Tusi-Bohm” Planetariumunda keçirilən tədbirdə müsabiqənin təşkilatçıları, məktəblilər, dərnək üzvləri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi, Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, “Azərkosmos” ASC-nin birgə təşkilatçılığı ilə baş tutan müsabiqə “Kosmonavt geyimi” və “Kosmik yeməklər” nominasiyası üzrə təşkil olunub.
Bakı şəhərindəki ümumi təhsil məktəbləri şagirdlərinin cəlb olunduğu müsabiqənin birinci nominasiyasına uyğun olaraq, iştirakçılar kosmonavt geyimləri hazırlayıb. İkinci nominasiyaya müvafiq olaraq, hazırlanan kosmik yeməklər gün ərzində 4 dəfə qidalanan kosmonavtlar üçün nəzərdə tutulan menyulardan ibarət olub. Kosmik yeməklər xüsusi qablarda qablaşdırılaraq üzəri xüsusi örtüklə bağlanıb. Təqdim olunan işlərin üzərində yeməklərin saxlanma vaxtı, hazırlanma qaydası, ərzaq məhsulunun hansı növdə olması qeyd edilib.
Layihənin qalibləri münsiflər heyətinin seçimi ilə müəyyənləşib.
Nəticələrə əsasən, “Kosmonavt geyimi” nominasiyası üzrə Nizaməli Şahbazlı I, Əli Mustafayev II, Məryəm Sadıqova isə III yerə layiq görülüb. “Kosmik yeməklər” nominasiyası üzrə İzzət Əliyev I, Aqil Əliyev II, Xədicə Rəhimli III yeri tutub.
Müsabiqə qalibləri təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.

“Kosmonavtika günü”nə həsr olunmuş yaradıcılıq müsabiqəsi

“Kosmonavtika günü”nə həsr olunmuş yaradıcılıq müsabiqəsi

“Kosmonavtika günü”nə həsr olunmuş yaradıcılıq müsabiqəsi

tehsil-press.az

Oxşar xəbərlər