Azərbaycan İrana başsağlığı verdi

Azərbaycan İrana başsağlığı verdi Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.
"İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.
Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, bu gün İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin keçmiş komandanı general Qasım Süleymaninin dəfn olunduğu ərazidəki terrorda ölənlərin sayı 103 nəfərə çatıb. Ölənlərin sayının artacağı istisna edilmir.

Tehsil-press.az


Oxşar xəbərlər