Yaponiyada zəlzələdə 50 nəfər xəsarət alıb
Aprelin 14-də Yaponiyanın cənub-qərbində yerləşən Kyusyu adasında 6.4 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin Kumamoto şəhərində yerləşən episentrində yeraltı təkanların gücü 7 ballıq Yaponiya şkalası üzrə 7 bal təşkil edib.
Tehsil-press.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kumamoto şəhərindəki xəstəxanalara zəlzələ nəticəsində xəsarət alan 50 sakin müraciət edib. Qeyd edək ki, ölkədə sunami xəbərdarlığı elan olunmayıb.
tehsil-press.az
- Baxış: 6327
Xəbərin tarixi: 14.04.2016 / 19:45
-
Oxşar xəbərlər