UNEC-də imtahanlarla bağlı “Açıq qapı” günü keçiriləcək

UNEC-də imtahanlarla bağlı “Açıq qapı” günü keçiriləcək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2023/2024-ci tədris ilinin qış imtahan sessiyası davam edir.
Sessiya çərçivəsində yanvarın 13-də “Açıq qapı” günü keçiriləcək. İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə keçirilən “Açıq qapı”da imtahanla bağlı müraciətlər qəbul olunacaq.
“Açıq qapı” günü imtahan sessiyası dövründə hər şənbə günü keçiriləcək. “Açıq qapı”ya “1846 Qaynar Xətti”nə və ya “4925903 (daxili 1199) İmtahan Qərargahı”na zəng edərək yazılmaq mümkündür.

Tehsil-press.az



Oxşar xəbərlər