
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CBS telekanalında bildirib.
“Bir neçə gün əvvəl husilərin mövqelərini vurduğumuz zaman o, xəstəxana otağından müzakirənin bir hissəsi idi", - deyə Kirbi söyləyib.
O bildirib ki, Ostin ABŞ prezidenti Co Baydenlə müntəzəm əlaqə saxlayır .
Qeyd edək ki, yanvarın 9-da, Amerikanın müdafiə nazirinə xərçəng diaqnozu qoyulub və əməliyyat olunub. Mütəxəssislərin proqnozuna görə, nazirin tamamilə sağalacağı gözlənilir, lakin bərpa prosesi gecikə bilər.
Tehsil-press.az