Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib Elm və Təhsil Nazirliyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bir qrup əməkdaşına dövlət təltifləri təqdim edilib.
Təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisəsinin əməkdaşlarına dövlət təltiflərinin verilməsini onlara göstərilən böyük etimad kimi dəyərləndirib.
Emin Əmrullayev bildirib ki, bu gün mədəniyyət və incəsənət sahələri üzrə Azərbaycan təhsilinin nailiyyətləri kifayət qədər böyükdür. Bu da həmin sahələr üzrə çalışan sənətkar, alim və müəllimlərin əməyinin nəticəsidir.
Elm və təhsil naziri müəssisənin professor və müəllimlərini yüksək dövlət mükafatlarına layiq görülmələri münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra universitet əməkdaşlarına dövlət təltifləri təqdim olunub.
Mərasimdə çıxış edən rektor Ceyran Mahmudova, həmçinin universitet əməkdaşları onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı əsasında ADMİU-nun 100 illiyi münasibətilə müəssisənin 7 əməkdaşı Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, 3 əməkdaşı 3-cü dərəcəli “Əmək” ordeni, 15 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib. Sərəncam əsasında, həmçinin Azərbaycanda təhsilin inkişafında xüsusi xidmət və peşəkarlığına görə universitetin rektoru Ceyran Mahmudovaya “Əməkdar incəsənət xadimi”, universitetin 9 müəlliminə “Əməkdar müəllim” fəxri adı verilib. Universitetin 4 əməkdaşına isə ölkədə təhsilin inkişafında uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Tehsil-press.az


Oxşar xəbərlər