Rektor: Rəqəmsal UNEC-in qurulmasına təqribən 10 il vaxt sərf etdik

Rektor: Rəqəmsal UNEC-in qurulmasına təqribən 10 il vaxt sərf etdik “Distant təhsil üzrə hələ də “Harvardlar” yoxdur və hazırda onların formalaşması prosesi gedir. Azərbaycanın bu istiqamətdə şansını yüksək qiymətləndirir və bu proseslərə qoşulmasını ölkəmizdə ali təhsilin gələcəyi üçün zəruri hesab edirik. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant təhsilin tətbiqi üçün zəruri sistemin – rəqəmsal UNEC-in qurulmasına təqribən 10 il vaxt sərf etdik. Artıq bütün işlər uğurla tamamlanıb.
Bu fikirləri UNEC-in rektoru professor Ədalət Muradov rəsmi feysbuk səhifəsində paylaşıb.
“2014-cü ildə distant təhsillə bağlı ciddi araşdırmalara və müzakirələrə başladıq. Ən qısa vaxtda, yəni 2015/2016-cı tədris ilində UNEC-də “EduMan - Tədrisin vahid elektron idarəetmə sistemi”ni (LMS) pilot olaraq istifadəyə verdik. “EduMan” UNEC məhsuludur və universitetə məxsusdur. Növbəti mərhələdə “EduMan”in ixracını hədəfləyirik”, - deyə rektor qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər