
Rizənin Güneysu rayonunda yaşayan Kasım Karaosman 35 il əvvəl yük daşımaq üçün qurduğu kanat sistemi ilə evinə nəqliyyat təmin edib.
Hər gün sıldırım yolda bu üsulla evinə gedib-gələn K. Karaosman təhlükənin də fərqində olduğunu deyib:
“Bir dəfə yıxıldınsa, qurtuluş yoxdur. 35 ildir kanat yoldan istifadə edirəm. Mən bu teli 1970-ci ildə ev tikməyə başlayanda quraşdırdım. Ayağınız varsa və sağlamsınızsa, heç nə olmayacaq. Hündürlükdən qorxanlar buna minə bilməzlər. Lakin bura yol çəkilsəydi, minməzdim. Yol olsaydı, maşınıma minib qapıma gələrdim”.
Tehsil-press.az