İran yeni raketin hazırlanmasını tamamlayır

İran yeni raketin hazırlanmasını tamamlayır İrandan kosmosa peyklərin buraxılması üçün yeni raketin hazırlanması tamamlanmaq üzrədir.
Bu barədə İran Müdafiə Nazirliyinin kosmik qrupunun rəsmi nümayəndəsi Seyid Əhməd Hüseyni açıqlama verib.
Yeni raketin adı “Sarir”dir. Bir ton yarım çəkisi olan bu raket 36 min kilometr yüksəklikdə orbitə altı və ya yeddi peyk çıxarmaq iqtidarında olacaq - bu, geostasionar orbitin məsafəsidir.
“Sarir” raketi faydalı yükü geostasionar orbitə çatdıra bilən ilk İran raketi olacaq. Raket daşıyıcısının hazırlanmasına 2023-cü ildə başlanılıb.

Tehsil-press.az




Oxşar xəbərlər