Endi Puul: UNEC COURSERA-nın təkcə Azərbaycanda deyil, regionda əməkdaşıdır

Endi Puul: UNEC COURSERA-nın təkcə Azərbaycanda deyil, regionda əməkdaşıdır COURSERA beynəlxalq onlayn təhsil platformasının Avropada Universitet üzrə əməkdaşlıq direktoru Endi Puul Azərbaycan Dövlət İqtisad Universitetində olub.
Endi Puul universitetin EDUMAN platforması, UNEC Ekstern Mərkəzi (Distant Təhsil Mərkəzi), hibrid auditoriyalar, UNEC Bloomberg Maliyyə Laboratoriyası, imtahan zalı, Karyera Mərkəzi, 7/24 kitabxanası ilə tanış olduqdan sonra bu ali təhsil müəssisəsinin rektoru professor Ədalət Muradovla görüşüb.
UNEC-də təhsilin rəqəmsallaşması istiqamətində görülmüş işlərdən məmnunluğunu bildirən Endi Puul qeyd edib ki, UNEC COURSERA-nın təkcə Azərbaycanda deyil, bütövlükdə regionda əməkdaşıdır.
Görüşdə “UNEC-100” İnkişaf Strategiyasında müəyyən edilmiş hədəflərə nail olmağa yardım məqsədilə COURSERA-nın UNEC-in tədris prosesinə inteqrasiya edilməsi, Karyera Akademiyası, UNEC-in müəllim və əməkdaşlarının süni intellekt (AI) və generativ süni intellekt (GAI) üzrə kurslarda iştirak imkanları və digər mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər