UNEC-in rektoru Gənc Alimlər Şurasının üzvləri ilə görüşüb

UNEC-in rektoru Gənc Alimlər Şurasının üzvləri ilə görüşüb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Gənc Alimlər Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb.
Görüşdə gənc müəllimlərə UNEC-də elmi fəaliyyətin stimullaşdırılması, gənclərin elmə təşviq olunması istiqamətində görülən işlər barədə məlumat verilib. Beynəlxalq bazalarda indeksləşən jurnallarda dərc olunan elmi məqaləyə görə 4500 manatadək qonorarın verildiyi, tədqiqatçı statusu alan müəllimlərin maaşının 50 faiz artırıldığı, universitet hesabına qrand layihələrinin həyata keçirildiyi və s. diqqətə çatdırılıb. Gənc alimlərin elmi potensialının universitet üçün əhəmiyyətini önə çəkən rektor, onlara UNEC-in yaratdığı imkanlardan faydalanmağı tövsiyə edib.
Sonra Gənc Alimlər Şurasının İdarə Heyətinin sədri Maral Camalova təqdimatla çıxış edərək, şuranın missiyasından və görüləcək işlərdən danışıb.
Görüşdə elmi fəaliyyətin stimullaşdırılmasının və təşviqinin artırılması məqsədilə gənc alimlərin təklifləri dinlənilib və onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər