
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Oxot dənizinin Starodubskoye kəndi yaxınlığında 50 metr enində buz sahəsinin qopması baş verib. İlkin olaraq 80-dən çox balıqçı sahildən bir kilometr aralıda tapılıb. Həvəskar balıqçılar qayıqla xilas edilir. Əraziyə Mi-8 helikopteri cəlb edilib, 75 nəfər artıq sahilə çıxarılıb”, - deyə idarənin yaydığı məlumatda qeyd olunub.
Tehsil-press.az