Tehsil-press.az-a daxil olan məlumata görə, bu günün əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir. 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilmişdir.
Azərbaycan müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin əmin-amanlıq və qarşılıqlı əməkdaşlıq şəraitində yaşadıqları unikal ölkədir. Möhkəm dayaqlara, zəngin ənənəyə, dərin tarixə və mənəvi köklərə malik olan tolerantlığı Azərbaycan xalqının və dövlətinin milli-mənəvi dəyəri hesab etmək olar.
Məhz bu baxımdan, 18 aprel tarixində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində ölkəmizdə “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunda yaşayan milli azlıqlara məxsus festival keciriləcək. Festivalda ölkəmizin regionlarında yaşayan azlıqların folklor nümunələri, kulinariya və əl işləri nümayiş ediləcək.
tehsil-press.az