Nayrobidə BMT-nin İqlim sammiti öz işinə başlayıb

Nayrobidə BMT-nin İqlim sammiti öz işinə başlayıb BMT-nin Ətraf Mühit üzrə Proqramının mənzil-qərargahının yerləşdiyi Nayrobidə BMT-nin altıncı İqlim sammiti öz işinə başlayıb.
Proqramın icraçı direktoru İnger Andersen brifinqdə çıxış edərək, sammitdə 7300 iştirakçının, 100-dən çox ölkədən 150 nazirin iştirak etdiyini bildirib.
İqlim sammitinin prezidenti və Mərakeşin Enerji və davamlı inkişaf naziri Leyla Benalinin sözlərinə görə, tədbir zamanı iqlim gündəminin müxtəlif aspektləri ilə bağlı 19-a yaxın qətnamə nəzərdən keçirilə və qəbul edilə bilər.
“Sammitin davam etdiyi günlərin birində qlobal çağırışların ən yüksək səviyyədə müzakirəsi keçiriləcək”, – deyə Keniyanın Ətraf mühitin mühafizəsi və meşə təsərrüfatı naziri Rozelinda Soipan Tuyya əlavə edib.
O deyib: "İqlim sammiti, şübhəsiz ki, ölkə liderlərinin ümumi problemləri ən yüksək səviyyədə müzakirə edəcəkləri intensiv tədbir olacaq. Bəzi ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır”.

Tehsil-press.az


Oxşar xəbərlər